Topaz Premyer Liqasının XIV turunun "Neftçi" - AZAL oyununun məkanı dəyişdirilib. SİA-nın məlumatına görə, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi, "Bakcell Arena"da deyil, "Dalğa Arena"da reallaşacaq. Buna səbəb "Bakcell Arena"nın ot örtüyünün yağan qar səbəbindən yararsız hala düşməsidir.
Odur ki, Peşəkar Futbol Liqası "Neftçi" klubunun xahişinə əsasən "Neftçi" - AZAL matçının "Dalğa Arena"da keçirilməsinə razılıq verib. Qarşılaşma bu gün saat 16:00-da "Dalğa Arena"da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB