Hoffenhaym” - “Borussiya” matçında 4 qol

Hoffenhaym” - “Borussiya” matçında 4 qol

Almaniya Bundesliqasında 15-ci tura start verilib. SİA-nın məlumatına görə, turun açılış matçında Dortmund "Borussiya"sı səfərdə "Hoffenhaym"ın qonağı olub. Matçın gedişində hesabda 2 dəfə geri düşən və azlıqda qalan "Borussiya" yekunda meydandan 1 xalla ayrılıb.

Qeyd edək ki, bu heç-heçə sayəsində xallarının sayını 27-yə çatdıran "Hoffenhaym" turnir cədvəlində üçüncü pilləyə yüksəlib. Bir xal az toplayan "Borussiya" isə beşinci pillədə qərarlaşıb.

"Hoffenhaym" - "Borussiya" (Dortmund) 2:2

Qollar: Uth, 3 (1:0), Götze, 11 (1:1), Vaqner, 20 (2:1), Aubameyanq, 48 (2:2)

Qırmızı vərəqə: Roys, 41 ("Borussiya")

Bütün xəbərlər Facebook səhifəmizdə