"Neftçi" daha bir futbolçusu ilə yollarını ayırıb. SİA-nın məlumatına görə, xorvatiyalı qapıçı Krşevan Santini ilə müqaviləyə xitam verilib. Bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub.
Mövsümün əvvəlində transfer edilmiş Santini "Neftçi"nin heyətində 12 oyunda meydana çıxıb.
Qeyd edək ki, bu mövsümün gedişatında paytaxt klubu əcnəbi futbolçulardan Katalin Tira, Denilson Pereyra, Dario Melnyak və Vançe Şıkovla da yollarını ayırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB