Alman klubları terrora görə Antalya toplanışını ləğv etdilər

Alman klubları terrora görə Antalya toplanışını ləğv etdilər

Almaniya klubları gələn ay Antalya şəhərində keçirməyi nəzərdə tutduqları təlim-məşq toplanışını ləğv ediblər. "Die Welt" nəşrinin yaydığı xəbərə görə, buna Türkiyədə son vaxtlar baş verən terror aktları səbəb olub. Bildirilir ki, üçüncü liqa təmsilçisi "Rot-Vayss"dan başqa Antalyaya getməyi planlaşdıran Almaniyannın bütün klubları təlim-məşq toplanışlarını başqa ölkələrdə keçirmək qərarı veriblər.

Xatırladaq ki, ötən il təkcə birinci bundesliqadan 7 komanda təlim-məşq toplanışını Antalyada keçirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə