Radik İsayev: "Olimpiadadan sonra istirahət üçün vaxt olmadı"

Radik İsayev: "Olimpiadadan sonra istirahət üçün vaxt olmadı"

"Olimpiadadan sonra zədəli idim. Həkimim sağ olsun ki, məni yarışa hazırladı. Qran-pridə birinci döyüşdə uduzsam da, 2 günlük istirahət mənə formamı bərpa etmək üçün kömək oldu və dünya çempionatında uğurlu çıxış etdim". SİA-nın məlumatına görə, bunu taekvondo üzrə Olimpiya çempionu Radik İsayev deyib.

O, olimpiadadan sonra istirahət üçün vaxt olmadığını bildirib: "Rio Olimpiya Oyunlarından sonra dərhal məşqə başladıq. Qran-pridəki döyüşümdə nə çatışmadığını deyə bilmərəm. Bunu təhlil edəcəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə