"Neftçi" Vançe Şıkovla müqaviləyə xitam verdi

"Neftçi" Vançe Şıkovla müqaviləyə xitam verdi

"Neftçi" daha bir legioneri ilə yollarını ayırıb. SİA-nın məlumatına görə, klub makedoniyalı futbolçu Vançe Şıkov ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Qeyd edək ki, mövsümün əvvəlində transfer edilmiş V.Şıkov "Neftçi"nin heyətində 9 oyunda meydana çıxıb.

Xatırladaq ki, bu mövsümün gedişatında paytaxt klubu əcnəbi futbolçulardan Katalin Tira, Denilson Pereyra və Dario Melnyakla da yollarını ayırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə