“Rostov”un iranlı futbolçusu “Borussiya”nın hədəfində

“Rostov”un iranlı futbolçusu “Borussiya”nın hədəfində

"Rostov"un hücumçusu Serdar Azmunun müştərilərinin sayı durmadan artır. Rusiya mətbuatının yazdığına görə, iranlı forvardla İngiltərənin bir neçə klubu maraqlanır. Premyer Liqa təmsilçiləri ilə yanaşı, "Benfika" və Dortmund "Borussiya"ı da 22 yaşlı forvardı heyətində görmək istəyir.

Qeyd edək ki, "Borussiya"nın qış transfer pəncərəsi zamanı "Rostov"a rəsmi təklif göndərəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə