“Samtredia” Gürcüstan çempionu oldu

“Samtredia” Gürcüstan çempionu oldu

Gürcüstan çempionatının qalibi bəlli olub. Apasport.az saytının məlumatına görə, "Samtredia" hamıdan güclü olaraq çempion adını qazanıb. UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində təmsilçimiz "Qəbələ" ilə qarşılaşmış komanda Gürcüstanın Umaqlesi Liqasının B qrupunda ilk pilləni tutub. Onlar A qrupunun lideri "Çixura" ilə həlledici görüşlərə çıxıblar. İki oyunun nəticəsinə görə (2:0, 2:2) üstün olan "Samtredia" tarixində ilk dəfə çempion adını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə