Xavidən ŞOK açıqlama: "Ronaldo buna layiq deyildi”

Xavidən ŞOK açıqlama: "Ronaldo buna layiq deyildi”

İspaniya millisinin və "Barselona"nın sabiq futbolçusu Xavi Hernandez maraqlı açıqlama verib. Qol.az-ın məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi İspaniya mətbuatına açıqlamasında "Real"ın futbolçusu Kriştiano Ronaldonun "Qızıl top" mükafatına layiq olmadığını deyib: "Başqa bir futbolçu bütün kubokları qazansa belə, Messi dünyanın ən yaxşısıdır. Ronaldo buna layiq deyildi".

Qeyd edək ki, hazırda Qətərin "Əl-Sədd" klubunda çıxış edən Xavi hər zaman Ronaldo haqda müsbət fikirlər səsləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə