Azərbaycan Kubokunda 1/4 finalın ilk oyunları keçirilib NƏTİCƏLƏR

Azərbaycan Kubokunda 1/4 finalın ilk oyunları keçirilib NƏTİCƏLƏR

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. SİA-nın məlumatına görə, əvvəlki mərhələdən fərqli olaraq, bu dəfə cütün qalibi 2 oyunun nəticəsinə əsasən müəyyənləşəcək.

Günün ilk oyunu Qəbələdə keçirilib. Eyniadlı komanda AZAL-la qarşılaşıb. Çempionatda "təyyarəçilər"lə heç-heçə edən "Qəbələ" bu dəfə qalib gəlib - 2:1. Premyer Liqada uğursuz çıxış edən "Neftçi" "Zirə"nin qonağı olub və 3:0 hesabı ilə qalib gəlib. Bakı "İnter"i doğma meydanda "Kəpəz"i məğlub edib - 2:0. Son 2 ildə ölkə kubokunun qalibi olan "Qarabağ" "Sumqayıt"ı darmadağın edib - 6:0.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

13 dekabr


"Qarabağ" - "Sumqayıt" 6:0
Qollar:
Almeyda, 25-pen. Dino Ndlovu, 34-pen. Coşğun Diniyev, 40, Mahir Mədətov, 64, Namiq Ələsgərov, 67, Mahir Mədətov, 78 (6:0)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
"Azersun Arena"

"Zirə" - "Neftçi" 0:3
Qol:
Jonas Pesalli, 44 (0:1), 58-pen. (0:2), 63-pen. (0:3)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə İdman Kompleksinin stadionu

"İnter" - "Kəpəz" 2:0
Qollar:
Rauf Əliyev, 58, Nizami Hacıyev, 61
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Məlik Həsənov
"İnter Arena"

"Qəbələ" - AZAL 2:1
Qol:
Mirzağa Hüseynpur, 37, (0:1), Filip Ozobiç, 61 (1:1), Ruslan Qurbanov, 74 (2:1)
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə