Dünya çempionatında qarışıq cütlərin mübarizəsi yekunlaşıb

Dünya çempionatında qarışıq cütlərin mübarizəsi yekunlaşıb

Bakıda keçirilən taekvondo üzrə komandalararası dünya çempionatında qarışıq cütlərin mübarizəsi baş tutub. SİA-nın məlumatına görə, yarımfinalda Belçika Koreya Respublikasına, ABŞ-ı təmsil komanda isə Rusiyaya uduzub. Finalda Koreya Rusiya üzərində 9:7 hesablı qələbə qazanıb.

Xatırladaq ki, Azərbaycanın kişilərdən ibarət yığma komandası komandalararası dünya çempionatının qalibi olub. Yığmamız finalda Koreya Respublikası millisinə 21:5 hesabı ilə qalib gələrək, ardıcıl ikinci dəfə dünya çempionu titulunu əldə edib.

Bürünc mükafata Belçika və Türkiyə milliləri layiq görülüb. Həmçinin, millimizin üzvü Milad Beigi Harçeqani dünya çempionatının ən yaxşı kişi idmançısı seçilib.

Qadınların yarışında Çin yığması dünya çempionu olub. Koreya Respublikası millisi gümüş, Türkiyə və Rusiya yığmaları bürünc medallara sahib çıxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə