PSJ-nin baş məşqçisi: “Barselona”nı keçə bilərik

PSJ-nin baş məşqçisi: “Barselona”nı keçə bilərik

PSJ-nin baş məşqçisi Unay Emeri Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasını dəyərləndirib. Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, o, bu mərhələdə rəqibləri olan "Barselona" haqda deyib:

"Barselona" bizə yaxşı tanışdır. Xüsusilə də mənə və məşqçi korpusuna. Biz qalib gəlmək istəyirik. İki yaxşı oyun keçirməyə hazırlaşırıq. "Barselona"nı keçə bilərik. Şadam ki, belə rəqiblə qarşılaşacağıq". Qeyd edək ki, Unay Emeri indiyədək yalnız bir dəfə - "Sevilya"nı çalışdırarkən "Barselona" üzərində qələbəyə sevinib.

Bütün xəbərlər Facebook səhifəmizdə