"İlk olaraq azarkeşlərə minnətdaram ki, çox vacib oyunda gəlib bizi sona kimi dəstəklədilər. Məhz azarkeşlərin dəstəyi sayəsində işin öhdəsindən 50 faiz gəldik. 50 faiz üçün isə cavab oyununu gözləyəcəyik. Öz meydanımızda da eyni dərəcədə dəstək gözləyirik ki, qələbə qazanıb mərhələni keçək". Qol.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan kubokunda 1/4 finalında "Zirə" ilə ilk oyundan (3:0) sonra deyib. O bildirib ki, "Zirə" sabit, çox qol buraxmayan komandadır:
"İstəkli oyun nümayiş etdirirlər. Çoxlu itkimiz var idi. Əvəzində gənc futbolçulara şans verdik, onlar da ümidləri doğrultdular".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB