Taekvondo üzrə Azərbaycanın kişilərdən ibarət yığma komandası Bakıda keçirilən komandalararası dünya çempionatının qalibi olub. SİA-nın məlumatına görə, komandamız finalda Koreya Respublikasına 21:5 hesabı ilə qalib gələrək, ardıcıl ikinci dəfə dünya çempionu titulunu qazanıb. Millimiz bu uğuru Məhəmməd Məmmədov (-63 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi -68 kq), Səid Quliyev (-74 kq), Milad Beigi Harçeqani (-80 kq) və Radik İsaevdən (+87 kq) ibarət heyətlə əldə edib.
Qadınların yarışında finalda Çin və Koreya Respublikası yığmaları qarşılaşıb. Bu döyüşdə Çin taekvondoçuları qalib gələrək dünya çempionu olublar (6:4).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB