“Fiorentina” “Qarabağ”dan sonra bu komandanı da məğlub etdi

“Fiorentina” “Qarabağ”dan sonra bu komandanı da məğlub etdi

İtaliya "A" seriyasında 16-cı turun oyunları davam edir. Ötən həftə "Qarabağ"ın Avropa Liqasının 1/16 finalına gedən yolunu bağlayan "Fiorentina" öz meydanında "Sassuolo"nu qəbul edib. Matç Florensiya klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Kaliniçin dubluna (10 və 40) "Sassuolo" yalnız Açerbinin 76-cı dəqiqədə vurduğu qolla cavab verib.

Ardıcıl üçüncü oyununda da 2:1 hesabı ilə qalib gələn "Fiorentina" xallarının sayını 26-ya çatdırmaqla turnir cədvəlində 7-ci pilləyə yüksəlib. "Sassuolo" isə 17 xalla 15-cidir.

Bütün xəbərlər Facebook səhifəmizdə