2017-ci il yanvarın 30-dan etibarən İspaniyanın Malaqa şəhərində TOP və 1-ci qrupa daxil olan FIFA referiləri üçün UEFA-nın təşkilatçılığı ilə kurs keçiriləcək. AFFA-nın saytında yerləşdirilən xəbərə görə, sayca 25-ci olacaq kursda UEFA-nın dəvətinə əsasən FIFA referisi Əliyar Ağayev də iştirak edəcək.
Martin Atkinson, Mark Klattenburq, Klement Turpin, Deniz Aytekin, Feliks Brıx, Viktor Kassai, Nikola Rizzoli, Canluka Rokki, Paolo Tagliavento, Damir Skomina, Alberto Undiano Mallenco, Yonas Eriksson, Cüneyt Çakır və digər tanınmış hakimlərin də iştirak edəcəyi kursa fevralın 1-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB