“Kəpəz” “İnter”ə qarşı Kubok oyununa itkilərlə çıxacaq

“Kəpəz” “İnter”ə qarşı Kubok oyununa itkilərlə çıxacaq

Azərbaycan kubokunun 1/4 final mərhələsinin "İnter" ilə səfər qarşılaşmasında Şəhriyar Əliyevlə yanaşı, "Kəpəz" daha iki futbolçunun xidmətindən məhrum olub. Klubun saytında yerləşdirilən məlumata görə, Dario Frederiko və Kərim Diniyev Bakıdakı qarşılaşmada "sarı-göylər"ə kömək edə bilməyəcək. Uzun müddət zədəli olan braziliyalı oyuna tam hazır deyilsə, Diniyev xəstələnib.

Ölkə kubokunda zədə səbəbindən öncəki mərhələdə "Şahdağ"la görüşü buraxan Azad Kərimovla Renan Alves ötən həftədən məşqləri bərpa edib. Onların paytaxt təmsilçisi ilə matçda meydana çıxması mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə