Xəbər verdiyimiz kimi, Bakıda taekvondo üzrə komandalararası dünya çempionatına start verilib. "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçirilən yarışda həm kişi, həm də qadın taekvandoçular iki qrupda mübarizə aparırlar.
Azərbaycanın hər iki milli komandası çempionata qələbə ilə başlayıb. Kişi idmançılarımız Belçika millisinə (27:8) qalib gəliblər. Qadın taekvondoçularımız isə ABŞ yığmasını böyük üstünlüklə (11:6) məğlub ediblər.
Kişilərdən ibarət millimizin qrupunda üç komanda mübarizə apardığı üçün bu qələbə idmançılarımızın yarımfinala yüksəlməsini təmin edib. Komandamız növbəti qarşılaşmasını ABŞ yığmasına qarşı keçirib. Kişi taekvandoçularımız ikinci turu da böyük fərqli qalibiyyətlə tamamlayıblar. Millimiz ABŞ yığmasını (42:4) asanlıqla məğlub edib. Taekvondoçularımız qrup birincisi kimi turnirin yarımfinal mərhələsində iştirak hüququna nail olublar.
Dünya çempionatında debüt edən qadın idmançılarımızdan ibarət heyət ikinci turda Koreya Respublikasından olan taekvondoçularla üz-üzə gəlib. Komandamız 2:24 hesabı ilə məğlub olub. Yığmamız növbəti döyüşünü Türkiyə millisinə qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB