Faiq Qarayev: “Ümummilli Liderin hər bir sözü komandaya böyük güc verirdi”
Azərbaycan Voleybol Federasiyasında (AVF) Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə AVF-nin I vitse-prezidenti Faiq Qarayev, baş katibi Elşən İsmayılov və digərləri iştirak ediblər.
F.Qarayev çıxış edərək Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrindən danışıb: "Çox şadam ki, böyük şəxsiyyət, Azərbaycanın xilaskarı Heydər Əliyevlə bir neçə dəfə görüşmüşəm. Ümummilli Lider Heydər Əliyev hər zaman idmana və idmançılara böyük diqqət göstərib. Azərbaycanda idman növlərinin artırılmasında Ulu Öndərin böyük əməyi olub. O, komanda idman növlərini daha çox sevirdi. Bunu mən voleybol üzrə qadınlardan ibarət milli komandanın baş məşqçisi olduğum üçün daha yaxşı görürdüm. Ümummilli Liderin hər bir sözü komandaya böyük güc verirdi. Biz hər zaman Onun gördüyü işləri gənc nəsilə danışmalıyıq. Sürətlə inkişaf edən, gözəl bir ölkədə yaşadığımız üçün hər zaman Ulu Öndər Heydər Əliyevə borcluyuq. Azərbaycan bu gün MDB ölkələri arasında ən inkişaf etmiş və firavan ölkədir".
E.İsmayılov Ümummilli Lider Heydər Əliyevin hər zaman ən çətin zamanlarda xalqının yanında olduğunu, yorulmadan Vətəni üçün çalışdığını bildirib. O, bütün dünya azərbaycanlılarının Ulu Öndəri unutmadığını, Onu daim ehtiramla yad etdiyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB