La Liqanın oyunlarında İstanbuldakı terror qurbanları yad ediləcək

La Liqanın oyunlarında İstanbuldakı terror qurbanları yad ediləcək

İspaniyada bu tur La Liqa və 2-ci liqada keçiriləcək oyundan öncə dünən İstanbulda törədilən terror aktı zamanı həlak olan insanların xatirəsi anılacaq. Bu haqda İspaniya Futbol Federasiyası qərar verib. Oyunlardan əvvəl terrorda ölənlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq.

La Liqanın rəsmi Tvitter səhifəsində də paylaşılan xəbərdə məlumat təsdiqlənib və terrok aktı pislənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə