Futbol üzrə Türkiyə Superliqasında XIV turun daha 3 oyunu keçirilib. Turun mərkəzi görüşündə "Beşiktaş" millimizin hücumçusu Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor"u qəbul edib. "Qara qartallar" 2:1 hesabı ilə qalib gəlib.
D.Yılmaz 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "İstabul Başakşehir" və "Beşiktaş" hərəyə 32 xalla turnir cədvəlində 1-2-ci pillələri bölüşdürür. "Qalatasaray" 26 xalla 3-cü pillədə yer alıb. "Bursaspor" isə "Fənərbaxça"dan sonra 5-ci yerdə qərarlaşıb.
"Beşiktaş" - "Bursaspor" - 2:1
Qollar: Cenk Tosun, 53-pen (1:0), 65-pen (2:0), Emre Taşdemir, 90+1 (2:1)
"Gənclərbirliyi - "Başakşehir" - 0:0
"Rizespor" - "Kasımpaşa" - 0:1
Qol: Samuel Emem Eduok, 43
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB