Dmitri Nazarov 12 dəqiqə oynadı, komandası 1 xal qazandı

Dmitri Nazarov 12 dəqiqə oynadı, komandası 1 xal qazandı

Millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Erzqebirge Aue" Almaniya 2-ci liqasında növbəti oyununa çıxıb. Komanda 16-cı turda səfərdə "Kayzerslautern"lə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb. D.Nazarov 78-ci dəqiqədə meydana daxil olub. Qeyd edək ki, "Erzqebirge Aue" 16 turdan sonra 12 xalla 17-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə