Taekvondoçularımız Qran-pridə çıxışlarını başa vurublar FOTOLAR - YENİLƏNİB

Taekvondoçularımız Qran-pridə çıxışlarını başa vurublar FOTOLAR - YENİLƏNİB

"Sərhədçi" Olimpiya İdman Mərkəzində keçirilən taekvondo üzrə Qran-pri turniri davam edir. SİA-nın məlumatına görə, yarışın sonuncu günü yığmamiz üçün uğursuz olub. İkinci gün üç taekvondoçumuz mübarizəyə qoşulsa da, turnirdə çıxışlarını erkən dayandırıblar.

Əvvəlcə Rio Yay Olimpiya Oyunlarının qalibi, öz çəkisinin lideri Radik İsaev (80 kq-dan yuxarı) günə uğursuz start verib. O, rusiyalı rəqibi Roman Kuznetsova məğlub olub.

Daha sonra dayanq üzərinə növbəti iki idmançımız çıxıb. Qran-pridə yeganə qadın təmsilçimiz Yaprak Eriş (57 kq) Hedaya Malaka (Misir) qarşı ilk döyüşünü məğlub başa vurub. Koreya Respublikasından olan Seok-bae Kim ilə qarşılaşan Ayxan Tağızadə (68 kq) də görüşdən məğlub ayrılaraq turnirdə çıxışını dayandırıb.

Qeyd edək ki, bu gün idmançılar ümumilikdə dörd çəki dərəcəsində qüvvələrini sınayırlar. Yarışda hər çəki dərəcəsi üzrə Dünya Taekvando Federasiyasının (DTF) Olimpiya reytinqində qərarlaşan ən güclü 16 idmançı mübarizə aparır.

Turnirdə 47 ölkədən 128 taekvandoçu dayanq üzərinə çıxır. Onların arasında "Rio-2016" və bir sıra turnirlərin medalçıları çoxluq təşkil edir.

Yarış DTF-nin 45 hakiminə həvalə olunub. Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Elşən Quliyev, Oh Kvang Çeol və Elşad Məmmədov təmsil edirlər.

"G8" kateqoriyalı turnirdə qızıl medal qazanan taekvandoçunun reytinqinə 80 xal əlavə olunacaq. İkinci yerin sahibi 48, bürünc mükafatçı 28,8 xal qazanacaq.

Yarışın qaydalarına əsasən, birinci, ikinci və üçüncü yerin sahiblərinə müvafiq olaraq 6 min, 3 min və min ABŞ dolları məbləğində pul mükafatı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə