Bakı Qran-prisinin qalibi: "Qələbə zərbəsini son 10 saniyədə vurdum" AÇIQLAMA
"Bakıda keçirilən Qran-pri turnirində 49 kq çəki dərəcəsində qızıl medal qazandım. Finalda koreyalı idmançı ilə döyüşüm gərgin keçsə də, qəlib gəlməyi bacardım". Bunu SİA-ya açıqlamasında taekvondo üzrə Bakı Qran-prisinin qızıl medalçısı, İngiltərə millisinin üzvü Çarli Maddok deyib.
21 yaşlı idmançı döyüşlərinin asan keçmədiyini qeyd edib: "Hər döyüşün öz çətinliyi var. Rəqiblərimin hamısını məğlub etdiyimə görə sevinirəm. Ən çətin görüşüm final qarşılaşması oldu. Həlledici döyüşdə koreyalı olimpiya çempionu ilə üz-üzə gəldim. Döyüşün sonundək hesabda geridə idim. Qələbə zərbəsini son 10 saniyədə vurdum. Rəqibin başına fırlanaraq endirdiyim zərbə 4 xalla qiymətləndirildi və qəlib gəldim.
İdmançı "Bakı-2015" Avropa Oyunlarında da qızıl medal qazandığını bildirib: "Karyeramın ən böyük nailiyyətini Azərbaycanda qazanmışam. Mən ötən il Bakıda birinci Avropa Oyunlarında da mübarizə apararaq fəxri kürsünün ən yüksən pilləsinə qalxdım. Azərbaycan mötəbər yarışlara çox yüksək səviyyədə ev sahibliyi edir. Buradakı təşkilatçılıq və ab-hava çox xoşuma gəlir. Ölkənizin bu sahədə böyük təcrübəsi var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB