Milad Beigi Harçeqani: "Bakı-2017"də də mükafat qazanmaq üçün bütün gücümü səfərbər edəcəyəm" AÇIQLAMA
"Bakıda keçirilən Qran-pri turnirində qızıl medal qazandığım üçün çox şadam. Rəqiblərimi böyük üstünlüklə məğlub etsəm də, finala yüksəlmək və qızıl medal qazanmaq asan olmadı. Uğur qazanmaq üçün yüksək hazırlıq keçmişdim". SİA-nın məlumatlna görə, bunu taekvondo üzrə Azərbaycan yığma komandasının üzvü, Bakı Qran-prisinin qalibi Milad Beigi Harçeqani deyib.
O qeyd edib ki, uğur qazanmasının səbəbi düzgün məşq və hazırlıq prosesidir: "Biz bu yarışa yaxşı hazırlaşmışdıq. Üzərimdə əməyi olan hər kəsə, xüsusən də məşqçimə təşəkkür edirəm. Qarşıdan "Bakı-2017" İslam Həyrəylik Oyunları gəlir. Bu Oyunlarda da mükafat qazanmaq üçün bütün gücünü səfərbər edəcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB