Futbol üzrə İran çempionatında 13-cü tura start verilib. Təbrizin hər üç klubu dünən növbəti oyununu keçirib. "Traktor Sazi" səfərdə "Esteqlal"la qarşılaşıb və 2:1 hesablı qələbə qazanaraq liderliyə yüksəlib. Təbrizin digər təmsilçisi "Maşın Sazi" doğma meydanda "Zob Ahan"a 1:2 hesabı ilə uduzub. Komanda 6 xalla son pillədə qərarlaşıb. "Qostareş" isə səfərdə "Naft Tehran"la bərabərə qalıb - 1:1. Təbriz klubu 12-ci pillədə yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB