Gələn il Avropa Liqasının finalı Lionda keçiriləcək

Gələn il Avropa Liqasının finalı Lionda keçiriləcək

2017/2018 mövsümündə Avropa Liqasının finalı Fransanın Lion şəhərində keçiriləcək. Bu barədə UEFA-nın saytında məlumat yerləşdirilib. Məlumatda qeyd edilir ki, bununla bağlı UEFA-nın İcraiyyə Komitəsi qərar qəbul edib. Final "Lion"un ev oyunlarını keçirdiyi "Stad de Lumer" stadionunda keçiriləcək. Qeyd edək ki, bu mövsüm Avroliqanın finalı İsveçin Stokholm şəhərində oynanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə