Taekvondoçumuz Qran-prinin final mərhələsində

Taekvondoçumuz Qran-prinin final mərhələsində

"Sərhədçi" Olimpiya İdman Mərkəzində taekvando üzrə Qran-pri yarışının final mərhələsi davam edir. SİA-nın məlumatına görə, Azərbaycan təmsilçisi Milad Beigi Harçeqani beynəlxalq turnirin finalına vəsiqə qazanıb. O, ilk döyüşündə avstriyalı Hayder Şkaranı tam üstünlüklə məğlub edib. İdmançımız növbəti mərhələdə Heyeon-Vu Kim (Koreya Respublikası) ilə qarşılaşıb. Milad döyüşü böyük hesablı qələbə ilə vaxtından əvvəl başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda isə təcrübəli taekvondoçumuz meksikalı Rene Lizarraqa ilə döyüşüb. İdmançımız bu görüşdə də rəqibini böyük hesabla məğlub edib. O,18:0 hesabı ilə qalib gəlib. Taekvondoçumuz finalda misirli Seif Eissa ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə