“Azərreyl” - “Dabrova Qornitsa” matçının hakimləri açıqlanıb

“Azərreyl” - “Dabrova Qornitsa” matçının hakimləri açıqlanıb

Bakının qadınlardan ibarət "Azərreyl" voleybol komandasının Çempionlar Liqası yarışlarının qrup mərhələsində ilk oyununu idarə edəcək hakimlər müəyyənləşib. SİA-nın məlumatına görə, dekabrın 15-də Bakı təmsilçisi Azərbaycan Voleybol Mərkəzində Polşanın "Dabrova Qornitsa" komandasını qəbul edəcək. Görüşün baş hakimi serbiyalı İvan Lazareviç olacaq. Ona italiyalı həmkarı Stefano Cesare kömək edəcək.

Bakı təmsilçisinin Çempionlar Liqasının "C" qrupunda digər rəqibləri "Sen-Rafael" (Fransa) və "Fənərbağça" (Türkiyə) komandalarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə