Millət vəkili: “Strateji yol xəritəsi uğurlu addımların davamıdır” AÇIQLAMA
"Cənab Prezident İlham Əliyev hakimiyyətə gələndən hər zaman müxtəlif sahələrin inkişafı üçün uzaq hədəflərə yönələn strateji proqramlar, sənədlər imzalayıb. Dövlət başçısının "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Fərman"ı da bu sənədlərin məntiqi davamıdır". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP-ın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin müxtəlif sahələrin inkişafı istiqamətində imzaladığı Dövlət Proqramları uğurlu nəticələri ilə Azərbaycanın sürətli inkişafını təmin edib: "Cənab Prezident çıxışı zamanı bildirib ki, ölkəmizdə həyata keçirilən hər siyasətin arxasında müəyyən hədəf və məqsədlər var. Məqsədlərimizə çatmaq üçün qarşımızda mərhələli, ardıcıl, davamlı siyasət və strategiya dayanır. Dövlət başçımızın bu günə qədər bütün sahələrdə uzaq hədəflərə yönələn böyük siyasi qərarları yalnız Azərbaycan xalqının rifahına və ölkəmizin inkişafına yönəlib. Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı, gənclər, səhiyyə, təhsil, enerji, idman, mədəniyyət və digər bir çox sahələrin sürətli inkişafı üçün Dövlət Proqramları qəbul olunub. Strateji yol xəritəsi Azərbaycanın inkişafına yönələn uğurlu addımların davamıdır. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycan iqtisadiyyatının davamlı və sürətli inkişafını təmin edəcək. Cənab Prezidentimizin imzaladığı sənədlər bu gün dünyada gedən proseslər və qloballaşma fonunda baş verən hadisələrlə balansı təmin edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB