UEFA-nın yeni reytinq siyahısı açıqlanıb. SİA-nın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin son turunun oyunlarından sonra siyahıda müəyyən dəyişikliklər olub. Azərbaycan 17.750 xalla 1 pillə geriləyərək 26-cı yerdə qərarlaşıb.
"Qarabağ" klubunun evdə "Fiorentina"ya 1:2, "Qəbələ"nin səfərdə "Maynts"a 0:2 hesabı ilə uduzması nəticəsində xal hesabımız dəyişməyib.
Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir – 98.284 xal. Almaniya (76.498) ikinci, İngiltərə (72,391) üçüncü pillədə yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB