"Bu gün "Maynts"ın qələbəsi tam qanunauyğun idi. Sürət baxımdan açıq-aşkar rəqibdən geri qalırdıq". Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə "Maynts"a 0:2 hesabı ilə uduzduqları matçdan sonra "İdman Azərbaycan" kanalına açıqlamasında deyib.
Ukraynalı mütəxəssis komandasından narazılıq etməyib: "Futbolçularımın hamısına təşəkkür edirəm. Onlar çox ciddi iş gördülər. Bu, gələcəkdə bizə inkişaf etməyə kömək edəcək. Oyunun sonunda Roman Hüseynovla Elvin Camalova şans verdik Hesab edirəm ki, bu, onlar üçün çox yaxşı hadisədir".
Qriqorçuk komandasını qrupdakı çıxışı haqda da danışıb: "Deyərdim ki, heç bir qeyri-adi şey, möcüzə baş vermədi. Sadəcə, biz hamıdan zəif idik. Mən başa düşürəm ki, hər 3 rəqibimiz bizdən güclüdür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB