“Qarabağ” “Fiorentina”ya uduzdu, Avroliqa ilə vidalaşdı

“Qarabağ” “Fiorentina”ya uduzdu, Avroliqa ilə vidalaşdı

Dünən futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulub. Təmsilçimiz "Qarabağ"da qrupda sonuncu və həlledici oyununa çıxıb.

Qurban Qurbanovun komandası Bakıda İtaliyanın "Fiorentina" klubunu qəbul edib. Ağdam klubu bu görüşdə 1:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb. "Qarabağ" qrupu 3-cü pillədə bitirib. "Fiorentina" isə qrupu birinci pillədə başa vurub. Qrupun digər oyununda PAOK "Slovan"a 2:0 hesabı ilə qalib gələrək qrup ikincisi kimi növbəti mərhələyə yüksəlib.

8 dekabr

Avropa Liqasının qrup mərhələsi

J qrupu

20:00. "Qarabağ" – "Fiorentina" (İtaliya) - 1:2
Qollar:
Vesino, 60 (0:1), Reynaldo, 73 (1:1), Kyeza, 76 (1:2)
Qırmızı vərəqə: Kyeza, 84 ("Fiorentina")
Baş hakim: İvan Bebek
Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

20:00. PAOK (Yunanıstan) - "Slovan" (Çexiya) - 2:0
Qollar:
Qarri Rodriqes, 29, Pelkas, 67

1.

Fiorentina

6

4

1

1

15:6

13

2.

PAOK

6

3

1

2

7:6

10

3.

Qarabağ

6

2

1

3

7:12

7

4.

Slovan

6

1

1

4

7:12

4

Bütün xəbərlər Facebook səhifəmizdə