“Barselona” futbolçuları təyyarə qəzasında həlak olan komanda ilə qarşılaşacaq
"Barselona" bu yaxınlarda təyyarə qəzasına uğrayan və əksər futbolçusu həlak olan Braziliyanın "Şapekoense" klubuna təklif göndərib. Xarici mətbuatın yazdığına görə, kataloniyalılar qarşı tərəflə turnirdə üz-üzə gəlmək niyyətindədilər. Bununla bağlı ispanlar artıq rəsmi təklif də göndəriblər. Belə ki, "Barselona" rəhbərliyi 2017-ci ildə Joan Qamper kubokunda "Şapekoense" ilə qarşılaşmaq istəyində olduğunu bəyan edib. Braziliyalılar bunu qəbul etsələr, 1966-cı ildən bəri hər il təşkil edilən Joan Qamper kuboku çərçivəsində "Barsa" ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, dekabrın 3-də keçirilən "Barselona" – "Real" matçında bilet satışından toplanan 43 milyon avronu Kataloniya təmsilçisi "Şapekoense"nin hesabına köçürmüşdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB