Faisal Abdulaziz Al-Nassar: "Bakı-2017"nin iştirakçılarının sayı rekord göstəricidir"
"IV İslam Həmrəyliyi Oyunlarında ən azı 50 ölkə iştirak edəcək. "Bakı-2017"nin iştirakçılarının sayı tarixdə rekord göstəricidir". SİA-nın məlumatına görə, bunu İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarına hazırlıq çərçivəsində Bakıda keçirilən "Chef de Mission" seminarından sonra təşkil olunan mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycanın idman arenaları Oyunlara tam hazırdır: "Sabah "Bakı-2017"də istifadə olunacaq bütün idman arenalarına baxış keçiriləcək. Şəraitlə yerindəcə tanış olacağıq. Azərbaycanın çox böyük təcrübəsi və potensialı var. Atletlər kəndinin şəraiti heyrətamizdir. Oyunların əvvəlkilərdən daha yüksək səviyyədə keçəcəyinə əminəm. Azərbaycan hökuməti, Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyinə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün yaradılan yüksək şərait, təşkilatçılıq, qonaqpərvərliyə görə minmətdarlığımı bildirirəm. Əminəm ki, iştirakçılar Azərbaycandan xoş xatirələrlə ayrılacaqlar. İstərdim ki, Azərbaycanda Olimpiya Oyunları da keçirilsin. Çünki ölkəniz yüksək səviyyəli turnirlərin təşkilatçılığını uğurla həyata keçirib və böyük təcrübəyə malikdir. Burada Olimpiya Oyunlarını keçirmək üçün gözəl şərait var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB