Nazir: "Bakı-2017” də xarici mütəxəssislər I Avropa Oyunlarındakından 10 dəfə az olacaq"

Nazir: "Bakı-2017” də xarici mütəxəssislər I Avropa Oyunlarındakından 10 dəfə az olacaq"

"2017-ci ildə Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə 5 aydan bir qədər çox vaxt qalıb. Oyunların ən əsas işləri bu gündən başlayacaq". SİA-nın məlumatına görə, bunu gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru Azad Rəhimov Oyunlara hazırlıq çərçivəsində Bakıda keçirilən "Chef de Mission" seminarından sonra təşkil olunan mətbuat konfransında deyib.

O qeyd edib ki, "Bakı-2017"nin hazırlığı üçün planlaşdırılan işlər qrafik üzrə aparılır: "Hazırlıq işlərində gecikmə yoxdur. Bütün işlər plan üzrə davam edir. Missiyanın rəhbərləri üçün seminarlar çox önəmlidir. Onların sualları bizim üçün vacibdir və onlara cavab tapmalıyıq. Bakıda 50 ölkədən 71 nümayəndə toplanıb. İstərdik ki, 57 İslam ölkəsinin hamısı oyunlarda iştirak etsin".

A.Rəhimov bildirib ki, seminara 50 ölkənin nümayəndəsinin qatılması "Bakı-2017"də ən azı 50 ölkənin iştirakını göstərir: "Bu gün Oyunlarla bağlı bütün məsələlər - idmançıların gəliş - gedişi, məskunlaşması, dopinq və digərləri müzakirə edildi. İstəyirik ki, idmançılar Bakıdan tam razı qayıtsınlar. Çalışırıq ki, onların bütün istəklərini həll edək və həyata keçirəcək".

Nazir həmçinin qeyd edib ki, "Bakı-2017" İslam Həmrəyliyi Oyunları zamanı fəaliyyət göstərəcək xarici mütəxəssislər "Bakı-2105" Avropa Oyunlarındakından 10 dəfə az olacaq: "I Avropa Oyunlarında yerli mütəxəssislərlər yanaşı, 500-dən çox xarici mütəxəssis fəaliyyət göstərirdi. Lakin IV İslam Həmrəyliyi Oyunlarında 50-dən çox xarici mütəxəssis fəaliyyət göstərəcək" .

Bütün xəbərlər Facebook səhifəmizdə