2017 İslam Həmrəyliyi oyunları öncəsi missiya rəhbərləri Bakıda toplanıb
Gələn il ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi oyunlarına Bakı 2017 Əməliyyat Komitəsinin (AİHOƏK) hazırlıqları barədə son məlumatlarla tanış olmaq məqsədi ilə dünyanın 50-dən çox ölkəsindən Bakıya təşrif buyurmuş missiya rəhbərləri bu gün müzakirələrə başlayıblar.
Komitənin baş icraçı direktoru Azad Rəhimovun rəhbərlik etdiyi seminarda İslam Həmrəyliyi idman Federasiyasının (İHİF) baş katibi Faisal Abdulaziz Al-Nassar, baş katibin müavini Said Abdulqaffar Hüseyn və baş direktor Xalid Abdulla Bin-Al-Şeyx daxil olmaqla rəhbər üzvləri iştirak ediblər.
Missiya rəhbərləri üçün keçirilən seminarda çıxış edən Bakı 2017 Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib ki, IV İslam Həmrəyliyi oyunlarına hazırlıq işlərinin aparılması istiqamətində mühüm məsələlərin müzakirəsi üçün missiya rəhbərlərinin Bakı toplantısı çox mühüm əhəmiyyət kəsb edir. Əminik ki, 50-dən çox ölkədən Bakıya təşrif buyurmuş missiya rəhbərləri oyunlara qalan qarşıdakı 6 ay ərzində tamamlanması nəzərdə tutulan işlərin qısa müddətdə gerçəkləşməsi istiqamətində bizimlə birgə səylərini əsirgəməyəcəklər.
Oyunların keçirildiyi müddət ərzində öz ölkələrinin Milli Olimpiya Komitəsinə başçılıq edəcək, eyni zamanda bütün idmançı və komanda rəsmiləri üçün cavabdehlik daşıyacaq missiya rəhbərləri Bakıda olduqları iki günlük səfər çərçivəsində müxtəlif görüşlər keçirib. İdmançıların qalacaqları yerlər, akkreditasya məsələləri, mərasimlər və nəqliyyat əməliyyatları daxil olmaqla, bir çox mövzular üzrə silsilə seminarlarda iştirak ediblər. İki günlük tədbirin tərkib hissəsi kimi missiya rəhbərləri sabah Bakı Olimpiya Stadionu və Milli Gimnastika Arenası, eləcə də Atletlər kəndi daxil olmaqla, Bakı 2017 İslam Həmrəyliyi oyunları zamanı istifadə ediləcək bir sıra müasir məkanlara da baş çəkəcəklər. Məlumat üçün bildiririk ki. missiya rəhbərlərinin oyunlar öncəsi planlaşdırma və əməliyyatların bütün aspektləri, eləcə də, Bakı 2017 barədə ən son məlumatlar ilə tanış olaraq, öz komandaları üçün müvafiq hazırlıqları təmin etmələri seminarın əsas məqsədidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB