Argentinalı futbolçu Çin klubunda həftədə 578 min avro qazanır

Argentinalı futbolçu Çin klubunda həftədə 578 min avro qazanır

"Goal" internet nəşri, dünyada ən yüksək əmək haqqı alan futbolçunun adını açıqlayıb. Məlumata görə, bu futbolçu Argentina yığmasının hücumçusu Ezekyel Lavessidir. E.Lavessinin Çinin "Hebei China Fortune" klubundakı məvacibi həftədə 578 min avro təşkil edir. Beləliklə, 31 yaşlı futbolçu həmyerlisi Lionel Messi (316 min avro) və portuqaliyalı Kriştianu Ronaldodan (428 min avro) daha çox pul qazanır.

Qeyd edək ki, Ezekyel Lavessi 2016-cı ilin fevralında "Hebei China Fortune" klubuna keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə