Baş məşqçilərinin iclası keçirilib. FOTOLAR

Baş məşqçilərinin iclası keçirilib. FOTOLAR

Taekvondo üzrə "Qran-pri" turnirinin final mərhələsində iştirak edəcək komandaların baş məşqçilərinin iclası keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Taekvondo Fedrasiyasının vitse-prezidenti Nağı Səfərov iclas iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb.

Yarışın supervayzerlərindən Filipp Bouedo və Dünya Taekvondo Federasiyasının baş hakimi Şakir Çelbat çıxışları zamanı yarış qaydaları haqda məlumat verərək, turnirin köhnə qaydalar əsasında baş tutacağını vurğulayıblar.

Qeyd edək ki, taekvondo üzrə "Qran-pri" turnirinin final mərhələsi 09-10 dekabr 2016-cı il tarixlərində Bakı şəhərində təşkil olunacaq. Yarışda 47 ölkənin 128 taekvondoçusu mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə