"Reket" jurnalist fəaliyyətinə görə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılanlar yalnız xüsusi xidmət orqanlarının istifadə etməli olduğu qurğular vasitəsi ilə insanları şantaj ediblər. Onların əsas məqsədi ayrı-ayrı şəxslərdən şantaj vasitəsilə külli miqdarda pul almaq olub". Bunu SİA-ya açıqlamasında "Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini, ekspert Arzu Nağıyev deyib.
O qeyd edib ki, əməliyyat-axtarış tədbirlərini həyata keçirmək icazəsi olmadan heç kəs belə qurğulardan istifadə edə bilməz: "Bu şəxslər isə xüsusi texnikadan icazəsiz istifadə edərək insanların şəxsi həyatına müdaxilə ediblər. Bu üsullarla vətəndaşlar barəsində müəyyənedici, rüsvayedici məlumatları toplayıb və yayan həmin şəxslərin xarici xüsusi xidmət orqanları ilə əlaqə ehtimalı da ola bilər. Sözügedən məsələlərlə bağlı cinayət tərkibi müəyyənləşdirilməli, həmin əməllərə hüquq-mühafizə orqanları tərəfindən hüquqi qiymət verilməli və müvafiq qərar qəbul olunmalıdır".
A.Nağıyev "reket" jurnalistlərin fəaliyyətinin dövlətə və dövlətçiliyə təhdid olduğunu bildirib: "Belə hallarla mübarizədə cəmiyyət hüquq-mühafizə oranlarına dəstək olmalı, həmin şəxsləri tanımalı və reket jurnalistlər ifşa edilməlidir. İnanıram ki, bu istiqamətdə tədbirlər davam etdiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB