Səmayə Məmmədova: "Bakıda "Chef de Mission"ların seminarı keçiriləcək" AÇIQLAMA - SƏS TV
"Dekabrın 8-də paytaxtımızda IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə nümayəndə heyətlərinin rəhbərlərinin ("Chef de Mission") böyük seminarı keçiriləcək. 50 ölkədən 71 nümayəndə heyəti Bakıda bir araya gələcək. Seminara İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassarın rəhbərlik etdiyi, baş katibin müavini Saeed Abdulghaffar Husseinin daxil olduğu 6 nəfərdən ibarət nümayəndə heyəti də qatılacaq". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.
O qeyd edib ki, seminarın keçirilməsində məqsəd mühüm əhəmiyyət kəsb edən 10-a yaxın məqamların (açılış və bağlanış mərasimləri, akkreditasiya, nəqliyyat, idmançıların təhlükəsizliyi, Atletlər Kəndindəki vəziyyət, bilet satışı və s.) və hər bir iştirakçı ölkənin təqdim etdiyi təkliflərin müzakirəsidir: "Seminarda IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək ölkələrin Milli Olimpiya Komitələri və idmançılarının media nümayəndələri tərəfindən tanıtımı da müzakirə olunacaq. Ola bilər ki, onların öz ölkələrində təbliğat işlərinə başlamaları üçün biz tərəfdən nümunələr təqdim olunsun.
Seminarın 2-ci günü isə nümayəndə heyətlərinin rəhbərləri 6 idman qurğusuna baxış keçirəcəklər. Onlar Atletlər Kəndi, Bakı Su İdmanı Sarayı, Bakı Atıcılıq Mərkəzi, Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu və Kristal Zalda olacaqlar. Arenalarda heç bir dəyişiklik nəzərdə tutulmayıb. Nümayəndə heyətlərinə artıq arenalar haqqında məlumat verilib. Onlar sadəcə idman qurğularına baxış keçirəcəklər".
S.Məmmədovanın sözlərinə görə, "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarının akkreditasiya prosesi və məşəlin ötürülməsində müəyyən dəyişikliklər ola bilər. O bildirib ki, bu məsələlər də seminar zamanı müzakirəyə çıxarılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB