“Açıq Əyləncəvi Futbol Məktəbləri” FOTOLAR

Layihə çərçivəsində növbəti tədbir Lənkəran şəhərində keçirilib
“Açıq Əyləncəvi Futbol Məktəbləri” FOTOLAR

"Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın təşkilatçılığı ilə 4 dekabr 2016-cı il taixdə Lənkəran şəhərində keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Cənub Regional Futbol Federasiyasının Prezidenti Sakin Məmmədzadə, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Cavadov, Osman Mirzəyev adına Uşaq Evinin direktoru İradə Axundova, Təlimatçılar və Məşqçilər, Uşaq Evinin balacaları ilə yanaşı "Zirvə" klubunun üzvüləri iştirak ediblər.

Tədbirin sonunda uşaqlara müxtəlif idman ləvazimatları hədiyyə edilib. Bu barədə məlumatı Millət vəkili, AFFA-nın I vitse-prezidenti, "Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsinin rəhbəri Rauf Əliyev təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə