"Kamran bizi bir neçə vəziyyətdə xilas etdi"

"Kamran bizi bir neçə vəziyyətdə xilas etdi"

Portuqaliya çempionatının 12-ci turunda "Pasuş de Ferreyra"nın qonağı olan "Boavista" 1:2 hesabı ilə uduzub. SİA-nın məlumatına görə, Azərbaycan millisinin qapıçısı Kamran Ağayev və yarımmüdafiəçisi Emin Mahmudov bu görüşdə meydana çıxıb.

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "Boavista"nın baş məşqçisi Migel Lil Kamran Ağayevin buraxdığı ilk qoldakı səhvindən danışıb: "Məncə, Kamranın səhvinin zədəsi ilə əlaqəsi yox idi. Sadəcə o, həmin an düzgün qərar verə bilmədi. Ümumiyyətlə, onun oynayacağı sual altında idi. Lakin çox çalışdı və komandasına kömək etmək üçün meydana çıxdı. Kamran bizi bir neçə vəziyyətdə xilas da etdi. Futbolda səhvlər normaldır".

Bütün xəbərlər Facebook səhifəmizdə