Cahangir Hacıyev: “Könüllüklük hərəkatında ASAN könüllülərinin xüsusi yeri var” AÇIQLAMA

Cahangir Hacıyev: “Könüllüklük hərəkatında ASAN könüllülərinin xüsusi yeri var” AÇIQLAMA

"Azərbaycanda həyata keçirilən könüllüklük hərəkatında ASAN könüllülərinin xüsusi yeri və rolu var". Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin insan resursları və təlim şöbəsi müdirinin müavini, "ASAN School" könüllülük məktəbinin rəhbəri Cahangir Hacıyev deyib.

O, ASAN könüllülərinin Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə hər zaman uğurla fəaliyyət göstərdiyini qeyd edib: "Həm "Bakı-2015" Avropa Oyunları, həm də Azərbaycanda keçirilən Formula 1 üzrə Avropa Qran-prisində ASAN könüllüləri aktiv şəkildə iştirak ediblər. Formula 1 üzrə Avropa Qran-prisinin könüllülük istiqamətində əməkdaşlıq etdiyi ilk qurum ASAN xidmət olub. Biz də könüllülərimizi Formula 1 yarışlarına istiqamətləndirdik və bu sahədə dəstək verdik. "Bakı-2017" İslam Həmrəylik Oyunlarında da ASAN könülllərinin ən aktiv şəkildə iştirakı nəzərdə tutulub.

Beynəxlxalq Könüllülər Günü münasibəti ilə bütün könüllüləri təbrik edirəm. Könüllülük ideyalarının daha da geniş yayılmasını arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə