Elçin Səfərov: "Azərbaycanda 3 il ərzində 50 mindən artıq könüllü qeydiyyatdan keçib" AÇIQLAMA

Elçin Səfərov: "Azərbaycanda 3 il ərzində 50 mindən artıq könüllü qeydiyyatdan keçib" AÇIQLAMA

"IV İslam Həmrəylik Oyunlarında fəaliyyət göstərəcək könüllülər iki qrupa bölünüblər - açılış və bağlanış mərasimlərinin könüllüləri və əməliyyat könüllüləri. Biz onlarla çox yaxşı əməkdaşlıq edirik". Bunu SİA-ya açıqlamasında "Bakı-2017" İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov deyib.

O qeyd edib ki, "Bakı-2017"də 8 min əməliyyat könüllüsü fəaliyyət göstərəcək: "Oyunların açılış və bağlanış mərasimlərində isə 4400 könüllü iştirak edəcək. Hazırda 10 mindən artıq əməliyyat könüllüsü qeydiyyatdan keçib. Yaxın günlərdə qeydiyyatı dayandırmağı planlaşdırırıq. Könüllülər mötəbər yarışda fəaliyyət göstərmək üçün böyük həvəs göstərirlər.

Qeyd edim ki, Azərbaycanda 3 il ərzində 50 mindən artıq könüllü qeydiyyatdan keçib. Beynəlxalq Könüllülər Günü münasibəti ilə bütün könüllülərimizi təbrik edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə