"Mançester Siti"nin futbolçuları cəzalanıblar

"Mançester Siti"nin futbolçuları cəzalanıblar

İngiltərə Futbol Assosiasiyası Premyer Liqanın 14-cü turunda keçirilmiş "Mançester Siti" - "Çelsi" matçının (1:3) sonunda baş verən hadisələrlə bağlı cəzaları açıqlayıb. SİA-nın məlumatına görə, "Mançester Siti"nin meydandan qovulan iki futbolçusu - Serxio Aquero və Fernandinyo müvafiq olaraq 4 və 3 oyunluq cəzalanıblar.

Xatırladaq ki, sözügedən matçın son dəqiqələrində "şəhərlilər"in futbolçusu Serxio Aquero David Luizə qarşı kobud oynadığı üçün hər iki komandanın futbolçularının arasında mübahisə yaranmışdı. Fernandinyo isə həmin vaxt "Çelsi"nin futbolçusu Sesk Fabreqası vurduğu üçün cəzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə