İbrahimoviç: "Onu qəsdən vursaydım, özündən getmişdi”

İbrahimoviç: "Onu qəsdən vursaydım, özündən getmişdi”

"Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç İngiltərə Premyer Liqasının 14-cü turunda "Everton"a qarşı keçirilən oyunda (1:1) rəqib futbolçu Şeymus Koulmanla toqquşmasından danışıb. İngilis mətbuatının yazdığına görə, isveçli forvard rəqib futbolçuya qəsdən zərbə endirmədiyini bildirib:

"Bu, top uğrunda ağır fiziki mübarizə idi. Eşitdiyimə görə, şərhçilərdən biri mənim Koulmana qəsdən zərbə endirdiyimi söyləyib. İnanın, kimisə vurmaq istəsəm, bunu necə edəcəyimi bilirəm. Onu qəsdən vursaydım, özündən getmişdi".

Bütün xəbərlər Facebook səhifəmizdə