Premyer Liqanın 14-cü turunda baş tutan "Everton" - "Mançester yunayted" oyununda (1:1) meydan sahiblərinin 2 futbolçusu - Şeymus Koulman və Yannik Bolasye məcburi əvəzlənmişdi. Koulman top uğrunda mübarizədə İbrahimoviçin üstünə yıxılmasına görə sinəsindən zədələnmişdi. SİA-nın məlumatına görə, isveçli hücumçu həmin epizodla bağlı bunları deyib: "Bu, sərt fiziki mübarizə idi. Eşitdim ki, şərhçilərdən biri Koulmana qəsdən zədə yetirdiyimi deyib. İnanın, kiməsə zərbə endirmək istəsəm, bunu necə etməyi bilirəm. Qəsdən vursaydaım, rəqib nokaut olardı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB