Bakıda təşkil olunmuş seleksiya xarakterli təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyunu keçirib. SİA-nın məlumatına görə, "İnter" klubunun əvəzedici komandası ilə qarşılaşan U-19 1:0 hesabı ilə qələbə qazanıb. Qolun müəllifi Fərid Nəbiyev olub.
Xatırladaq ki, U-19 bundan əvvəlki oyununu Birinci Divizion təmsilçisi "Səbail" komandasına qarşı keçirərək 3:1 hesabı ilə qalib gəlmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB