Nuri Şahin iki həftə yaşıl meydanlardan uzaq qalacaq

Nuri Şahin iki həftə yaşıl meydanlardan uzaq qalacaq

"Borussiya"nın yarımmüdafiəçisi Nuri Şahin Bundesliqanın 13-cü turunun Münhenqladbax "Borussiya"sına qarşı oyununda zədə alıb. Almaniya mətbuatının yazdığına görə, bu səbəbdən 36-cı dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalan türk futbolçunun son durumu müəyyənləşib.

"Borussiya"nın saytı xəbər yayıb ki, N.Şahin zədəsi çox ciddi deyil və türk futbolçu iki həftə sonra oynaya biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə